Qırğızıstan prezidenti Sadır Japarov respublika parlamentinin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan lideri “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində bildirib .
Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan tam bir dövlət kimi formalaşıb.
"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə o, qeyd edib.