EN

Qırğızıstan prezidenti parlament sədrinin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyib

Qırğızıstan prezidenti Sadır Japarov respublika parlamentinin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan lideri “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində bildirib .

Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan tam bir dövlət kimi formalaşıb.

"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə o, qeyd edib.

 

Chosen
27
8
operativmedia.az

10Sources