17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır.
İdman.biz xəbər verir ki, yığmamız bu gün I seçmə mərhələdə ilk oyununu keçirəcək.
B liqasının 5-ci qrupunda yer alan millimiz Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
AVRO-2025-in I seçmə mərhələsi
B liqası, 5-ci qrup
30 oktyabr
21:00. Serbiya – Azərbaycan
Baş hakim: Şarlotta Karpenter (Uels)
Bettemburq. Munisipial stadionu
1 | Serbiya | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
2 | Azərbaycan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
3 | Lüksemburq | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
İdman.biz