İran tezliklə İsrailin İslam Respublikasına hücumuna cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini, general-mayor Məhəmməd Rza Nəqdi deyib.
“Yaxın günlərdə siz sionist rejimə daha da sarsıdıcı zərbələr görəcəksiniz. Biz öz təşəbbüsümüz və ixtiraçılığımızla onları təəccübləndirəcəyik”, - general deyib.