EN

Azərbaycan millisi Serbiya ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol millisi bu gün Avropa çempionatının I seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. SİA xəbər verir ki, B Liqasının V qrupunun oyunu Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı Uels və Gürcüstandan olan hakimlər idarə edəcəklər.

Avropa çempionatı

I seçmə mərhələ

B Liqası, V qrup

30 oktyabr

21:00. Serbiya – Azərbaycan

Hakimlər: Şarlot Karpenter, Mişel Ceyn Portelli (hər ikisi Uels), Sopo Tsulaya, Mzevinari Şaraşanidze (hər ikisi Gürcüstan).

Bettemburq, "Munisipial" stadionu.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək. Bu görüş də Bettemburqdakı "Munisipial" stadionunda baş tutacaq.

Chosen
23
5
sia.az

6Sources