EN

Qızılın unsiyası 2800 dolları keçdi 

Dünya bazarında qızılın qiyməti ilk dəfə 2800 dollar həddini keçdi.

Bakıvaxtı.az xəbər verir ki, Nyu-York əmtəə birjasında bu səhər 1 unsiya qızıl 2801,7 dollara satılıb.  Bundan əvvəl qızıl 2700 dollarlıəq psixoloji həddi sentyabrın 26-da keçib.

Bununla da ilin əvvəlindən qiymət artımı 35 faizə çatıb.

Bu il qızılın qiymətini artıran amillər arasında dünyada geosiyasi risklərin kəskinləşməsi, monetar siyasətin yumşaldılması və ABŞ-da prezident seçkilərinin nəticəsinin qeyri-müəyyənliyi var. Bütün bunlar təhlükəsiz sığınacaq kimi qızıla tələbatı artırır.

ABŞ-da seçkilərə qədər son həftələrdə ştatlarda siyasi qeyri-müəyyənlik faktoru qızılın bahalaşmasını xüsusilə sürələndirir.

Bəzi analitiklər hesab edir ki, qızılın belə sürət götürməsi  dollara arxalanan maliyyə sistemi üçün təhlükə yarada bilər.

Chosen
20
1
bakivaxti.az

10Sources