Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində fövqəlada hallar üçün Məhəmmədi modul tipli xəstəxanasında 370 çarpayı ayrılıb. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmət üçün nəzərdə tutulub.
Direktor həmçinin söyləyib ki, yolxucu infeksion yoluxmalar olarsa bunun üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.
Bundan əvvəl jurnalistlər üçün keçirilən brifinqdə Vüqar Qurbanov vurğulayıb ki, Bakıda keçiriləcək COP29 beynəlxalq konfransında 40-a yaxın təcili yardım briqadası fəaliyyət göstərəcək.
Gülnar
www.anews.az