EN

Halloween: Sevinc yoxsa qorxu bayramı? - ARAŞDIRMA

Məlumdur ki, xüsusilə də son zamanlar ölkəmizdə “Halloween” (Cadugərlər) bayramına xüsusi hazırlıq görülür. Hətta ictimai iaşə müəssisələri də bununla bağlı obyektlərində dekor işləri görürlər. Bəs, bu nə ilə bağlıdır? Bizə aid olmayan bayramı qeyd etməyə məqsəd nədir? Azərbaycanda bu bayram niyə qeyd olunur?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bütpərəst və xristian köklərinə baxmayaraq, günümüzdə “Halloween” adlı bayram rəngarəng geyimləri və balqabaq bəzəkləri ilə seçilir. Bu ənənəvi olaraq hər il oktyabrın 31-nə keçən gecə qeyd edilir. Bayram zamanı uşaqlar fövqəltəbii personajların, fövqəlbəşər güclərə malik xəyali qəhrəmanların və ya ölümə səbəb olan varlıqların paltarlarını geyinirlər. Geyimləri ilə ev-ev gəzən balacaları valideynləri də müşayiət edir.

Dünyada populyarlığı günü-gündən artan “Halloween”, Yaponiyadan ABŞ-a qədər uzanan qlobal bir ölçüyə çatıb və təbii olaraq pərakəndə satıcıların diqqətini çəkir.

"Halloween" ən çox ABŞ-də qeyd olunur, lakin bir çox başqa ölkələrdə də məşhurdur. Kanada, İngiltərə, İrlandiya, Avstraliya və bəzi Avropa ölkələrində müxtəlif tədbirlərlə qeyd olunur.

Bəs, bayram haradan qaynaqlanır və cəmiyyətlər festivalın simvollarını və ənənələrini nəyə borcludurlar?

Balqabaq

Balqabağın oyma və fənərə formalaşdırılmasının mənşəyi min il əvvəl Romadan əvvəlki Keltlərin “Halloween” Festivalına aiddir.

Tərəvəzlərin formalaşdırılmasına qayıdaraq, turp adətən onları daşıyan insanı qoruyacaq şəkildə təqdim olunur. Üzlər, qədim Keltlərin o gecə ətrafında dolaşdığına inandıqları pis və arzuolunmaz ruhları dəf etmək üçün istifadə olunur. “Halloween” ənənələrini “Yeni Dünya”ya gətirən yerli amerikalılar və irlandiyalı mühacirlər, balqabağın digər tərəvəzlərə nisbətən daha asan formalaşdırıldığını başa düşdükdən sonra, balqabaq "Halloween" bayramının ayrılmaz hissəsinə çevrildi.

Geyim

Müasir konseptuallaşdırma tamamilə Amerikanın təsiri altında görünsə də, “Halloween” əfsanələr və bəzi xurafatlarla birlikdə Avropa mənşəli tarixi keçmişə malikdir.

Samhain fermerlərin məhsul yığdıqları, heyvanlarını kəsdikləri, ot və ağacları qışa hazırladıqları vaxtdır. Bu, dirilərin, ölülərin və ruhların bir-birinə ən yaxın olduğu zamandır. Şotlandiya və İrlandiyanın bəzi yerlərində qədim Keltlər mərhum qohumlarının diqqətini yayındırmaq üçün maskalar taxırdılar və ya paltarlarını dəyişdirdilər.

Bu günə qədər davam edən maska ​​taxmaqla xarici görünüşünü dəyişdirmək ənənəsi əsrlər sonra yenidən şərh edilərək bu gün geyinilən geyimlərə çevrilmişdir.

“Halloween” bütün dünyaya yayıldı

ABŞ və Kanada tərəfindən yenidən müəyyən edilən müasir “Halloween” bütün Avropaya yayılmaqda çətinliklərlə üzləşdi.
1990-cı illərdə “Halloween” Fransaya ixrac edildi, lakin Amerikada müşahidə edilən kommersiya həvəsini heç vaxt yaratmadı.
Sınaq müddəti bir neçə il çəkdi.

Bu, barlarda deyil, bir neçə gecə klubunda qeyd olunmağa başladı və xaricdə yaşayan, “Halloween” şənliklərinə ev sahibliyi edən insanlar arasında getdikcə daha çox sevilməyən bir əyləncəyə çevrildi. Limoges şəhəri, Atlantik okeanındakı digər əmiuşağılarından fərqli olaraq, müntəzəm Halloween paradı və festivalına ev sahibliyi edir.

Rituallar və şənliklər

“Halloween” rituallarının ən qədimi, şübhəsiz ki, böyük tonqal yandırmaqdır. İnsanlar bir araya gələrək tonqallar yandırırlar. Digər tərəfdən, xüsusilə azyaşlı uşaqlar kostyum geyinir, qonşu evlərə baş çəkir və konfet yığırlar. Ev sahibi onların konfet üçün gəldiyini bilir. Eyni şəkildə müxtəlif maskalar da taxılır.

Başqa bir “Halloween” ənənəsi xəyal hekayələrinin danışılmasıdır. Bundan əlavə, qorxu filmlərinə baxılır, geyim müsabiqələri keçirilir, yeməklər yeyilir. Yeməklər çox vaxt qorxu mövzusunda olur. Müxtəlif yeməklərin qorxulu görüntüsünü yaratmaq üçün müxtəlif elementləri qablara bənzətməyə çalışırlar. Məsələn, kəsilmiş barmaqlara bənzəyən krakerlər və qan kimi görünən kekslər. Balqabaq da oyulub, həm bəzəkdə, həm də reseptlərdə istifadə olunur. Ailə və dostlar bir araya gəlir və ənənələr izdihamlı şənliklərlə davam etdirilir.

Din xadimi Mircəfər Əyyubov: “Hər bir mərasimin, bayramın, ritualın mesajı var. Ümumiyyətlə, bu dünyada hər bir hadisənin, olayın, hərəkətin və hətta hərəkətsizliyin də bir ictimai mesajı var. Müasir psixologiyada biz baxırıq ki( bədən dili hətta danışıqdan da bəzən daha çox önəm kəsb edir. Çünki bədən dilinin və geyimin də mesajı var.

Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, mənfi mesaj verən bayramların keçirilməsinin pisliyini izah etməyə ehtiyac yoxdur. Sadəcə bəzi cəmiyyətlər var ki, onlar mənəvi immunitet baxımından çox zəifdirlər. Təəssüf ki bizim xalqımız da o vəziyyətdədir. Varid olan, daxil olan istənilən rituala açıq bir xalqa çevrilmişik. Musiqimiz unudulur, başqa millətlərin musiqisinə önəm veririk, şerimiz unudulur, başqa millətlərin yazdığı şeir növlərinə önəm veririk, ədəbiyyatımız unudulur, nəsrimiz, romanımız unudulur, filmlərimiz unudulur, teatrımız unudulur, geyimimiz unudulur. Yəni get-gedə hər şeyi əldən verib başqa yenisi ilə əvəz edirik və bu yenisi də yeni deyil, sadəcə başqa millətin, başqa xalqların təbliğ etdiyi ənənələrdir. Artıq toylarımızda vağzalıya həsrət qalmışıq. Çünki kilsə musiqisi ilə bəylə gəlin şadlıq evinə daxil olur.

Təəssüf ki bu tendensiya bu bayramlarda da keçirilir və hətta bu bayramları qeyd etməyən məktəblərə, uşaq bağçalarına bir çox valideynlər təəssüf hissi ilə baxırlar. Yəni, doğru qalıb kənarda yalanın hayqırtısı qulaq batırır. İslam dininə əsasən insana müsbət enerji, müsbət mesaj verməyən hər şey qadağan olunmalıdır. Təəssüf ki bizim əlimizdə heç bir səlahiyyət yoxdur. Sadəcə biz tövsiyə xarakterli nələrsə deyə bilərik. “Halloween” bayramıdır o qəbildəndir. Yəni, insanlara, xüsusən uşaqlara qorxulu varlıqları sevdirmək, dəhşətli görkəmləri doğmalaşdırmaq bizim sabahkı cinayətkar, kriminal nəslimizin yetişdirilməsi deməkdir. Mən belə düşünürəm”.

“Hallowen”in uşaqlara təsiri

Araşdırmalar göstərir ki, uşaqlar 3 və ya 4 yaşlarında fantaziya ilə reallıq arasında fərq qoymağı yaxşı bacarırlar. "Halloween" üçün yanğınsöndürən kostyumu geyinən bir uşağı düşünün. Qısa müddət ərzində o uşaq özünü güclü və cəsur görür, insanlara kömək edir və komandanın bir hissəsi kimi işləyir.

Bir araşdırmada psixoloqlar bu günün uşaqlara təsirini qiymətləndirərkən müsbət danışırlar. Bolqarıstan Elmlər Akademiyasının İnsan Tədqiqatları İnstitutundan dosent Marqarita Bakraçeva hesab edir ki, "Halloween" bayramının qadağan edilməsi uşaqlara mənfi təsir göstərəcək:

Hər bayram əylənmək və vaxt keçirmək üçün bir fürsətdir. Bu şən bayramın qeyd edilməsi qadağan olunarsa, azyaşlı uşaqlara təsiri mənfi olacaq. Karnaval kimi fərqli insanlar kimi geyinmək, maskalar və kostyumlarla fərqli görünüş əldə etmək istəyi mifologiyadan bəri mövcuddur. Rəngarəng kostyumlar, maskalar və aksessuarlar normal qəbul edilməlidir. Uşaqlar birlikdə qeyd edərkən, bütövlükdə və cəmiyyətin bir hissəsi kimi paylaşmağı öyrənirlər. Onlar xoşbəxt olacaqlar Bu bayram uşaqlar üçün asan başa düşülən əyləncəli bir gündür. Bundan təhsil məqsədləri üçün də istifadə edə bilərik. Fərqli geyimlərdə və personajlarda geyinmək, özünüzü müxtəlif rollarda və situasiyalarda görməyə imkan verir. Valideynlər də övladlarının dəyişikliklərini və təşəbbüslərini dəstəkləməlidirlər. Halloween bayramını qeyd etmək çox vacibdir, xüsusilə də İnternet əsrində, qorxu və cadugərlər dünyasında, geyimlərdə və maskalarda sərhədləri müəyyən etməkdir.

Ölkəmizdə də adi hala çevrilən "Halloween" ənənəsi dünyanın bir çox ölkəsində davam etdirilir və qorxulu mövsüm bu aydan rəsmi olaraq başlayıb.

Niyə biz xüsusilə "Halloween" bayramında qorxu hissini arzulayırıq? Türk mütəxəssis Tamar Kuşnir, sərhədləri aşmaq və ənənələr kontekstində qorxu axtarmaq istəyinin arxasındakı mümkün nəzəriyyələr üzərində insan inkişafını əsaslandırdı. Onun elmi perspektivə əsaslanan fikirlərinə görə, bütün bu qarışıqlıqların arxasında məşhur psixoloji nəzəriyyə dayanır.

Bəs, bizim psixoloqlar bu barədə nə düşünür?

Psixoloq Zeynəb Eyyubova: “Ölkəmizdə “Halloween” bayramı daha çox ingilis bölməli qruplar açılandan, ingilis təhsili Azərbaycanda geniş yayılandan sonra olan bir bayrama çevrildi. Bir psixoloq olaraq deyim ki, kiçik yaşlı uşaqların olduğu bağçalarda bu bayramın keçirilməsinin əleyhinəyik.

Dəfələrlə bu barədə bizə müraciət ünvanlanıb ki, uşaqlarda qorxu yaranır, kəkələmə yaranır, gecə enurizləri baş verir. Çünki uşaq niyə bu prosesin baş verdiyini anlamır və buna əyləncə kimi baxa bilmir.

Yəni daha gözəl payıza aid bizim ölkəmizin özünün bayramları var, payız bayramı var, buna mövsüm və ya məhsul bayramı da deyirik. Yəni eyni fəsilə düşdüyünə görə mən ölkəmizdə bu bayramların keçirilməsinin daha tərəfdarıyam".

Niyə belə günlər qeyd olunur? Çünki artıq uşaqlar, müəyyən təbəqə uşaqlar hər şeyi görüblər və yeni əyləncələr axtarırlar, yeni baş qatan işlər axtarırlar və bu da yenilik sayılır.

Mənfi təsiri ona görə var ki, insanlar bir-birini qorxudur, əcaib geyimlər geyinirlər, bəzi uşaqlar bundan mənfi aura alır və s. Amma qəti bu bayramın keçirilib keçirilməyəcəyi barədə psixoloji rəy verə bilmirəm ki, tam pisdir. Amma məndən bir psixoloq kimi məsləhət alsanız, bu bayramlardan daha gözəl, daha əyləncəli və daha maraqlı bayramlar var.”

Ayşən Vəli

Chosen
21
50
sia.az

10Sources