EN

Soğan xərçəngdən necə qoruya bilər

...Soğan xərçəngdən qoruya bilər. Cənubi Koreya alimləri bu qənaətə gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, diyetoloq Yelena Solomatina adi görünən tərəvəzin hansı faydalı maddələrin insanı ölümcül xəstəlikdən qoruya biləcəyini izah edib.

Beləliklə, mütəxəssis izah edib ki, soğanın müntəzəm istehlakı bədxassəli şişlərin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Bu, tərkibindəki zəngin antioksidant kompleksi sayəsində mümkün olur.

...Bunlar, xüsusən də bioflavonoidlərdir. Soğanların tərkibində müxtəlif maddələr var: orqanosulfur komponentləri və bal kimi apigenin... Bundan əlavə soğanda da sarımsaqdakı kimi müxtəlif allicinlər var.

Bunu deyən həkim izah edib ki, soğan mövcud xərçəng hüceyrələri ilə mübarizə aparmağa kömək edə bilməz, o sadəcə olaraq ciddi bir xəstəliyin inkişaf riskini azalda bilər, yəni şişin inkişaf riskini ləngidə bilər...

Nazlı Almuradova

Chosen
26
sia.az

1Sources