EN

"Bu, bizim müharibədə iştirakımıza səbəb ola bilər" - Ostin

"Şimali Koreya qoşunlarının Ukrayna ilə münaqişədə Rusiya tərəfində mümkün iştirakı digər ölkələri fərqli addımlar atmağa və potensial olaraq hərbi əməliyyatları genişləndirməyə sövq edə bilər".

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Cənubi Koreyalı həmkarı Kim Yon Hyun ilə "C-Span" tərəfindən yayımlanan mətbuat konfransında deyib.

Ostin qeyd edib ki, Şimali Koreya əsgərlərinin Rusiya tərəfində olması başqalarını da hərəkətə keçməyə sövq edə bilər, lakin o, mümkün ssenariləri şərh etməkdən imtina edib. Onun sözlərinə görə, əgər Şimali Koreya qoşunları Rusiya qüvvələri ilə birlikdə Ukraynaya qarşı döyüşürsə, o zaman Ukrayna ordusunun “ABŞ və digər ölkələrin təqdim etdiyi silahlardan istifadə etməklə özünü müdafiə etmək” hüququ var.

Oktyabrın 28-də NATO-nun baş katibi Mark Rutte bildirib ki, mövcud olan son məlumata görə, KXDR-dən olan hərbçilər artıq Kursk bölgəsinə cəlb olunub. O, Moskva və Pxenyanı əməkdaşlığı dayandırmağa çağırıb, çünki bu, Sakit okean və Avro-Atlantik təhlükəsizliyi təhdid edir.

Gülayə Mecid

Chosen
14
50
unikal.az

10Sources