EN

Yaponiya, ABŞ və Koreya Respublikası Şimali Koreyanın raket buraxılışını pisləyib

Yaponiya, ABŞ və Koreya Respublikası KXDR-in qitələrarası ballistik raket (ICBM) buraxılışını kəskin şəkildə pisləyir və bunu BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin pozulması hesab edir. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin üç ölkənin xarici işlər nazirliklərinin nümayəndələri arasında danışıqların yekunları üzrə dərc etdiyi bəyanatda deyilir.

Hər üç ölkənin Şimali Koreya üzrə xüsusi nümayəndələri Pxenyanın hərəkətlərinin “regional təhlükəsizliyə ciddi təhlükə” və bütün beynəlxalq ictimaiyyət üçün problem yaratdığınıtəsdiqləyiblər. Tokio, Vaşinqton və Seul birgə regional çəkindirmə qüvvələrinin gücləndirilməsi sahəsində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Oxuməni.az

Chosen
41
22
oxumeni.az

10Sources