EN

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...

"Qlobalnıye Transportnıye Reşeniya" MMC ilә "Bakı Metropoliteni" QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.

Musavat.com bildirir ki, bu barədə oktyabrın 31-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib.

Diqqətə çatdırıldı ki, "81-765 Б/766 Б" seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәslә mәnsubdur. Vaqonlar "Bakı Metropoliteni" QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır.

Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub.

Chosen
80
44
musavat.com

10Sources