Almaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində dünən "Hoffenhaym"a 1:2 hesabı ilə uduzan "Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Offsideplus.az xəbər verir ki, komandasının yeganə qoluna imza atan 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkürünü çatdırıb:

"Komandamla fəxr edirəm. Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq".

Qeyd edək ki, Mahir dünən komandasının yeganə qolunun müəllifi idi.