EN

Sertifikasiyadan kəsilən müəllimlər dərnəklərdə işləyirlər? – Rəsmi CAVAB

Sosial şəbəkələrdə sertifikasiyadan kəsilən müəllimlərin məktəbdənkənar təhsilə yönləndirildiyi barədə iddialar yayılıb.

Hokm.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) “oxu.az”a açıqlama verib.

Bildirilib ki, yayılan fikrin heç bir əsası yoxdur.

“Məktəbdənkənar təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması, peşəkar kadrların işə cəlb edilməsi vacib amillərdən biridir. Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi də qarşıda duran hədəflər sırasındadır. Məqsəd məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir. Bununla bağlı normativ sənədlər, qanunvericilik aktları təhlil olunub, ümumi təhsil müəssisələrində aparılan diaqnostik qiymətləndirmə təcrübəsi əsas götürülərək, ümumi yanaşma əks olunub və MÜTDA tərəfindən çərçivə sənədi hazırlanıb.

Agentlik tərəfindən “Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” hazırlanıb. İşə qəbul müsabiqə yolu ilə, mərkəzləşdirilmiş qaydada, iki mərhələdə – test imtahanı və müsahibə üzrə keçiriləcək. Vakant yerlər və tarixlər ictimaiyyətə elan ediləcək.

Ünvanladığınız sorğu ilə bağlı isə bildiririk ki, hazırda bununla bağlı hər hansı bir qərar yoxdur”, – deyə açıqlamada qeyd olunur.

Chosen
123
4
hokm.az

10Sources