Yeni Zelandiyada yerli sakinləri qorxudan qeyri-adi heykəl etirazlara səbəb olub.AFN.az yerli mediaya istinadən xəbər verir ki, üzü olan insan əli şəklində olan “Quasi” incəsənət obyekti sökülür."Quasi" hazırda 2019-cu ildə quraşdırıldığı Vellinqton Şəhər Qalereyasının damında "yaşayır". Heykəl rəssam Ronnie van Hout tərəfindən Kristkurç İncəsənət Qalereyası üçün yaradılıb. Heykəlin hündürlüyü təxminən beş metrdir. Müəllif öz əlini və üzünü istinad kimi istifadə edib.Əsərin qoyulması ictimai rezonansa səbəb olub. Bir çox internet istifadəçisi obyektin qorxulu göründüyünü bildirib. Bununla belə, mütəxəssislər "Quasi"nin çıxarılmasını şəhər mənzərəsi üçün əhəmiyyətli bir itki kimi qiymətləndirirlər.Heykəl Avstraliyaya göndərilməzdən əvvəl bu həftə götürüləcək. Voronejdə qeyri-adi UFO abidəsinin ucaldılması da təklif edilir.