EN

Peskov qaz nəqli ilə bağlı Bakı-Aİ sazişindən danışıb

Kreml rəsmisi Dmitri Peskov Avropa İttifaqı ilə Azərbaycan arasında Ukraynanın qaz nəqli sistemi (QTS) vasitəsilə qaz tədarükünə dair mümkün müqavilənin perspektivləri ilə bağlı proqnozlaş verməkdən çəkinib. Məlumatı “İzvestiya.ru” verib. 

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, “mavi yanacağın” avropalı idxalçıları yaxın vaxtlarda Ukrayna ərazisindən keçən Rusiya kəməri ilə nəql üzrə Azərbaycanla müqavilə imzalamağı planlaşdırırla: “Ukraynanın artıq bu sazişi uzatmaqdan imtina etdiyini nəzərə alsaq, hadisələr necə cərəyan edəcək, tədarük necə təmin olunacaq, bu barədə indi sizə nəsə deyə bilmərəm”.

Oktyabrın 23-də Bloomberg bəyan etmişdi ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qazının tədarükünü azalda bilməyəcək və bu, təşkilatın 2027-ci ilə qədər Rusiya Federasiyasından yanacağın dayandırılması planlarını təhlükə altına salacaq. Qeyd olunur ki, 2024-cü ildə Rusiyadan Aİ-yə qaz tədarükü 15%-dən 20%-ə yüksəlib.

P.ƏMİRCANOV
XQ

Chosen
78
12
xalqqazeti.az

10Sources