EN

Səsdən sürətli sərnişin təyyarəsinin prototipi sınaqdan keçirildi

Çin şirkəti səsdən sürətli sərnişin təyyarəsi prototipini sınaqdan keçirib.

Gundem.az xəbər verir ki, səsin sürətindən 4 qat daha sürətlə uça bilən sərnişin təyyarəsinin prototipinin sınağı uğurlu keçib. Məlumata görə, təyyarənin prototipi Çinin “Space Transportation” şirkəti tərəfindən hazırlanıb. Şirkətin açıqlamasına görə, prototipə "Yünşing" adı verilib. Uçuş sınağı zamanı təyyarənin aerodinamikası, istiliyin qorunması və idarəetmə sistemləri kimi əsas texnologiyaları sınaqdan keçirilib. “Space Transportation” şirkəti 2027-ci ilə qədər səsdən sürətli sərnişin təyyarəsini ərsəyə gətirmək istəyir.

Qeyd edək ki, 1976-2003-cü illərdə istifadə edilən “Concorde” təyyarələri səsdən iki dəfə yüksək sürətlə uça bilirdi. Lakin yüksək xərclər və əməliyyat çətinlikləri səbəbindən “Concorde” kommersiya uçuşlarından uzaqlaşdırılıb.

Metbuat.az 

Chosen
5
1
gundem.az

7Sources