EN

Yediyimiz niyə “zəhər” olur?

Azərbaycanda göbələk yığma ənənəsi geniş yayılıb. İnsanların zəhərli gobələkləri tanımaması və ya düzgün bişirməməsi ölümə belə yol aça bilər. 

Bəs göbələk seçərkən nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Milli.AZ-a qida eksperti Məhsəti Hüseynova açıqlama verib.

O bildirib ki, göbələk zəhərlənməsindən qorunmaq üçün bir sıra vacib tədbirlər var. İlk öncə, yalnız tanıdığınız və əmin olduğunuz göbələkləri yığmalısınız. Mənşəyi bilinməyən və tanımadığınız göbələklərə toxunmaq belə olmaz.

"Eyni zamanda yığdığınız göbələkləri yemədən əvvəl düzgün bişirmək də vacibdir. Bəzi zəhərli növlər bişiriləndə zəhərliliyini itirə bilər, lakin bu, hər göbələk üçün keçərli deyil. Göbələk yığarkən, eyni görünüşdə olan zəhərli və yeyilən növləri ayırd etmək çətin ola bilər, buna görə diqqətli olmaq lazımdır. Göbələkləri düzgün saxlamaq da mühüm məsələdir, çünki zəhərli göbələklər zamanla digər yeməklərə təsir edə bilər".

Ekspert onu da əlavə edib ki, zəhərlənmə əlamətlərini, məsələn, bulantı, qusma və qarın ağrısını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.

Qeyd edək ki, ötən gün Azərbaycanda iki qadın göbələkdən zəhərlənərək ölüb. 1977-ci il təvəllüdlü İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmaz rayonuna gəlib və Seyidli kəndində meşədə göbələk yedikdən sonra halı pisləşib. Onlar müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilən zaman İlahə Bayramova yolda ölüb. Dgər qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır. 

Aysel Əkbər
Milli.AZ

Məqaləyə dair fotomateriallar:

Chosen
13
1
milli.az

2Sources