EN

Azərbaycan qazı və Ukrayna borusu: Avropa möhtacdır

Rusiya qazından asılı olan Avropa İttifaqı ölkələri onun Azərbaycan qazı ilə əvəzlənməsi barədə razılaşmaya yaxındırlar.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” danışıqlardan xəbərdar olan insanlara istinadən yazır.

“Macarıstanın MVM və Slovakiyanın “Slovensky Plynarensky Priemysel” şirkətləri Ukrayna vasitəsilə ildə 12-14 milyard kubmetr qazın tədarükünə dair müqavilələr imzalamağa hazırdırlar. Ukraynanın dekabrda başa çatan müqaviləni uzatmaq niyyətində olmadığı “Qazprom” yanacağının əvəzinə bu kəmərlə Azərbaycan qazı keçəcək. 

SOCAR onu Sudjadakı qaz ölçmə məntəqəsinə (hazırda Kursk vilayətindəki bu sərhəd şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir) çatdıracaq və orada Macarıstan və Slovakiya şirkətlərinə veriləcək və ölkələrə çatdıracaq”,-deyə məlumatda bildirilir.

Kommersiya sazişinin qüvvəyə minməsi üçün rəsmi Kiyevin siyasi qərarı tələb olunacaq:

“Çünki Ukraynanın qaz nəqli sisteminin operatoru tranzit imkanlarını ehtiyatda saxlamalı olacaq. Rusiya ilə Azərbaycan arasında mübadilə sazişi də zəruridir, çünki Azərbaycanın cari tədarükü əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur”.

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Anne-Sofi Korbeau hesab edir ki, axınların eyni həcmdə yönləndirilməsi “Rusiya qazının xalis ağartması” olacaq: 

“Amma Viktor Orbanın dövründə Macarıstan və bir il əvvəl hakimiyyətə gələn Robert Fikonun rəhbərliyi altında Slovakiya Avropa Komissiyasının çağırışlarına baxmayaraq, Rusiya ilə münasibətlərini qoruyub saxlayır. Onlar başqa tədarük mənbələri tapmaq üçün çox az səy göstəriblər”. 

Əgər Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi üzrə müqavilələr imzalansa, Ukrayna öz ərazisindən qaz tranziti üçün ödənişlər almağa davam edəcək. Bu da son illərdə ildə 800 milyon dollar təşkil edib.

Serbiya da Rusiya qazını qismən Azərbaycan qazı ilə əvəz etməyi planlaşdırır. Prezident Aleksandr Vuçiç “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, gələn həftə o, Azərbaycan lideri İlham Əliyevlə SOCAR-ın hansı həcmdə qaz təmin edə biləcəyini müzakirə edəcək. 

Bundan sonra Vuçiç Rusiya ilə yeni müqavilə üzrə danışıqlar aparmalı olacaq, çünki indiki müqavilənin müddəti 2025-ci ildə başa çatır. O deyib: “Asan olmayacaq, lakin Bakıdakı danışıqlardan sonra biz Rusiya ilə nə etmək lazım olduğunu anlayacağıq”. 

Serbiya tədarükləri fəal şəkildə şaxələndirir. Belə ki, SOCAR ilə əməkdaşlığa əlavə olaraq, Yunanıstandakı LNG terminalından aparan yeni boru kəməri açır.

Chosen
88
12
cebheinfo.az

10Sources