EN

"Ağlasığmaz cavab verəcəyik" - SEPAH lideri İsraili hədələdi

"Silahlar möminlərin əlində olanda güclü olur". 

"Unikal" xəbər verir ki, bunu SEPAH-ın baş komandanı general-mayor Hüseyn Səlami deyib. 

General-mayor bu barədə qeyd edib: "Bu gün görürük ki, bütün küfr aləmi və dünya cinləri Qəzzə əhlinin üstünə toplaşıb, Amerika, İngiltərə, Fransa və bütün müttəfiqlərinin bu xalqın iradəsini qırmaq üçün bir yerə yığışdıqlarını görürük, lakin Qəzza xalqı döyüşür və güclü şəkildə yola davam edirlər. Bir rejim yayılmaq istəyəndə ona nifrət edilir. Siz bu gün beləsiniz, bu gün iqtisadi böhranla üzləşirsiniz, bu gün quruda hərəkət etmək qüdrətiniz yoxdur və bir neçə raketə arxalanırsınız, bunlar sizin çökməyinizə mane ola bilməz. Sən köksüz bir ağacsan və sonunda yıxılacaqsan". 

İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı həmçinin bildirib ki, İsrail dağılma mərhələsinə çatıb: "İsrail bu günlərdə kor-koranə, heç bir qayda-qanun olmadan hərəkət edir və hər hansı cinayəti törədir. Biz onlara xəbərdarlıq edirik ki, uzaq keçmişə deyil, tarixə müraciət etsinlər. İranın son 45 illik tarixinə baxın və düşmənimizə qarşı davranışımıza baxın. Hamınız bir tərəfdə olduğunuz zaman müharibədəki əməliyyatlarımızı öyrənin".

O, İsrailin İrana qarşı son hücumuna işarə edərək deyib: "İsraillilər bir neçə raket atmaqla tarixi dəyişdirə biləcəklərini düşünürlər. Sadiqin 2-ci vədini unutmamısan ki, İranın raketləri səmanı yarıb, raket sistemləriniz heç bir iş görməyib, xalqınızın gözündən yuxu oğurlayıb. Atəşkəsi siz pozdunuz, amma bilin ki, sizə ağlasığmaz cavab verəcəyik". 

Ağarza Elçinoğlu 

Chosen
3
50
unikal.az

10Sources