Noyabrın 4-də “Bakı Metropoliteni” QSC-də qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək.

İndex.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, metroda dispetçer idarəetməsində tətbiq edilmiş innovativ rəqəmsal texnoloji yenilik uğurla 3-cü mərhələ sınağından keçirilib. İşlərin davamı kimi “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəli bu günə olan qaydaya uyğun təmin ediləcək.