EN

Tacikistanda 1,5 min cadugər və falçı saxlanılıb

Tacikistanda hüquq-mühafizə orqanları reyd zamanı cadugərlik və falçılıqla məşğul olan 1,5 min nəfəri saxlayıb.

Bu barədə respublika prezidenti Emoməli Rəhmonun saytında məlumat verilib.

Yayılan məlumatda deyilir: “Dövlət başçısının tapşırığına uyğun olaraq və daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə cadugərlik və falçılıqla məşğul olan 1,5 min nəfər saxlanılıb.

Saxlanılan şəxslər respublika vətəndaşlarına öz xidmətlərini göstəriblər.

Chosen
32
1
aznews.az

10Sources