EN

Xameneinin köməkçisindən NÜVƏ XƏBƏRDARLIĞI: “İran üçün təhlükə yaranarsa...”

“Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi “Əl-Məyadin” telekanalına müsahibəsində deyib.

“İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır”, - deyə, Xərrazi vurğulayıb.

O, İranın raket siyasətində dəyişikliklərə də toxunub. Xameneyinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.

Bizim.Media

Chosen
29
8
bizim.media

8Sources