ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizədi Donald Tramp noyabrın 1-də Böyük Kilikiya evinin Katolikosu I Arama telefonla zəng edib.
Senzor.az bildirir ki, Katolikosatın yaydığı məlumatda belə deyilir.
Qeyd olunub ki, Tramp bu yaxınlarda ABŞ-a turnesini başa vuran Müqəddəs I Aramın liderliyini yüksək qiymətləndirib və Qarabağ ermənilərinə dəstəyini və bölgədəki sülhə sadiqliyini təsdiqləyib.
O, həmçinin Erməni-Amerika icmasını güclü, ağıllı və dinamik qurum kimi yüksək qiymətləndirib.
Buna cavab olaraq, I Aram Trampa erməni xalqına dəstək bəyanatına görə minnətdarlığını bildirib və bu kritik dövrdə ABŞ-ın qlobal liderliyinin həyati əhəmiyyətini vurğulayıb.
Yeri gəlmişkən, T.Tramp ilk dəfə deyil ki, ermənilərə dəstək verir. Bunu 2020-ci ilin 25 oktyabrında çəkilmiş aşağıdakı videosüjet də təsdiq edir. Baxın, görün Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxış edərkən nələr deyib...
Senzor.az