EN

Havayda köpəkbalığı 61 yaşlı sörfçünün ayağını qopardıb

Maui adasından olan 61 yaşlı sörfçüyə köpəkbalığı hücum edərək onun ayağını qopardıb.

hakimiyyet.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanları zərərçəkənə yardım göstərməyə çalışıblar. Sörfçünün sağ ayağı diz qapağından bir qədər aşağıdan qoparılıb. Zərərçəkən kritik vəziyyətdə tibb mərkəzinə çatdırılıb.

Yerli hakimiyyət orqanları hücumun baş verdiyi çimərlik parkının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Chosen
119
hakimiyyet.az

1Sources