EN

ABŞ-dən İrana mesaj göndərilib

ABŞ Prezidenti Co Bayden administrasiyası Tehranı İsrailə növbəti hücumla bağlı xəbərdar edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Axios” yazıb.

"Biz iranlılara dedik ki, İsraili saxlaya bilməyəcəyik və növbəti hücumun əvvəlki kimi balanslı və hədəfli olacağına zəmanət verə bilmərik", - deyə mənbə izah edib.

İsrailli mənbə bildirib ki, mesaj Vaşinqtondan Tehrana İsverə vasitəsilə ötürülüb.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü İsmayıl Kövsəri deyib ki, Təhlükəsizlik Şurası cavab barədə razılığa gəlib. Lakin hələlik dəqiq tarix təyin etməyib. İ.Kövsəri qeyd edib ki, hücum bölgədəki digər “müqavimət qüvvələri” ilə koordinasiyalı şəkildə həyata keçiriləcək və İranın oktyabrın 1-dəki hücumundan daha güclü olacaq.

Pentaqonun sözçüsü general-mayor Pat Ryder bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqə daha çox raketdən müdafiə sistemi, döyüş təyyarələri, tanker təyyarələri və bir neçə B-52 uzaqmənzilli bombardmançı təyyarələri köçürür.

"Əgər İran, onun tərəfdaşları və ya etibarlı şəxsləri bu vəziyyətdən istifadə edərək Amerika personalına və ya regiondakı maraqlarına hücum edərsə, Birləşmiş Ştatlar xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - Rayder deyib.

Noyabrın 1-də iki İsrail kəşfiyyatı mənbəsi “Axios”-a bildirib ki, İran ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi yaxın günlərdə İraqdan İsrailə hücum etmək niyyətindədir.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İsrail İrandan çoxlu sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə edəcəyini gözləyir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami deyib ki, İsrail keçən həftə zərbə endirərkən səhv edib. Onun sözlərinə görə, Tehranın cavabı hər hansı bir ssenaridən fərqli olacaq.

Eyni zamanda adının açıqlanmasını istəməyən amerikalı rəsmi Axios-a deyib ki, Vaşinqton İranın İsrailə hücum etmək qərarına gəldiyinə əmin deyil.

Chosen
102
34
cebheinfo.az

10Sources