EN

Əliyar Ağayev Çempionlar Liqasında

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.

NOCOMMENT.az Viral.az-a istinadən xəbər verir ki,bu barədə AFFA məlumat yayıb.

Referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Chosen
59
49
nocomment.az

10Sources