EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.

Buğa - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.

Əkizlər - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.

Xərçəng - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.

Şir - sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə məşğul olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar əldə etmək, təcrübəli insanlarla bir araya gəlmək şansları var. Eksperimentlərdən, risklərdən qorxmayın. Yeni metodları sınaqdan keçirin. Bu minvalla yaxşı nəticələr əldə edə bilərsiniz.

Qız - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə edin. Önəmli irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı olun. Rəqib və bədxahların sayı artacaq, onlar daha məkrli olacaqlar.

Tərəzi - uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə olunacağını düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət göstərin. Öz işlərinizi görməklə yanaşı, yaxınlarınızın öhdəliklərinin bəzilərinin yerinə yetirilməsində onlara yardım edin.

Əqrəb - günün ilk yarısı qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq. Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura bel bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək planlarınızı həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı boş söhbətlərə sərf etməyin.

Oxatan - günün ilk yarısında mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır. Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və vaxtınızı yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real, gerçəklən də, mühüm olan məqsədlərə çatmağa can atın.

Oğlaq - qətiyyətli, iradəli olun. Uğura doğru irəliləyişiniz əhvalınızdan asılıdır. Çox güclü düşmələrlə mübarizə aparmalı olacaqsınız. Onlar sizi zəif saydıqları üçün uduzacaqlar. İşdə rəhbərlik və ya karyeranıza hər hansı formada təsir edə biləcək insanlarla önəmli söhbətlər üçün günün ikinci yarısı əlverişlidir.

Dolça - günün ilk yarısında ehtiyatlı olun. Risk etmək, cəsur ideyanı və ya planı reallaşdırmaq olar. Yaradıcılıq layihələri istisnadır. Belə məsələlər qeyri-standart yanaşma tələb edir. Çətin problemlərin öhdəsindən gələ biləcəksiniz.

Balıqlar - günün ilk yarısında uğur qazana bilərsiniz. Məqsədə nail olmaq üçün situasiyanı aydınlaşdırın, işlərdə konkretliyə nail olun. Hiyləgər, fəndgir davranın.

Milli.Az

Chosen
26
mia.az

1Sources