EN

Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdədə seçiciləri ilə görüşüb

Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdənin Qaradəmirçi kəndində seçicilərlə görüş keçirib.Görüş zamanı Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Bu kəndin işıq dirəklərinin yenilənməsi, həmçinin kəndin yol kənarlarında iki avtobus dayanacağının tikilməsi və s. barədə vətəndaşların müraciətlərinin həlli ilə bağlı addımlar atılıb.
Deputat Xanlar Fətiyev, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ilə birlikdə Bərdənin Qaradəmirçi və Qullar kəndlərində şəhid ailələrini ziyarət ediblər.
Görüş zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədən və şəhidlərin igidliyindən danışılıb.
Xanlar Fətiyev onların problem və çətinlikləri ilə maraqlanıb, şəhid ailələrinə maddi və mənəvi dəstək göstərib.
Şəhid ailələri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Chosen
37
sesqazeti.az

1Sources