EN

Dönər üçün istifadə edilən ət yalnız AQTA-nın təsdiqlədiyi kəsim məntəqəsindən alınmış olmalıdır

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

APA xəbər verir ki, bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qərar qəbul olunmuş qərarda əksini tapıb.

Qərara əsasən, ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir.

Chosen
23
13
apa.az

10Sources