EN

Mələk Abaszadə doğum gününü belə qeyd etdi

Oktyabrın 31-də 55 yaşına qədəm qoyan Əməkdar artist Mələk Abaszadəyə dostları sürpriz ediblər.

OLAY yazır ki, onlar paytaxt restoranların birində sənətçinin ad günü şərəfinə kiçik yığıncaq təşkil ediblər. 

Mələk səslənən mahnılar sədaları altında təkcə rəqs edib. Gecədə Abaszadə üçün hazırlanan doğum günü tortu gətirilib. Sənətçi şamları üfürüb, arzu tutub.

Həmin anları isə M.Abaszadə instaqram səhifəsində yayımlayıb.

Qeyd edək ki, Mələk Abaszadə Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktrisasıdır.

Chosen
71
olay.az

1Sources