Fransa prezidenti Emmanuel Makron Maya Sandunu Moldova prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
“Maya Sandunu yenidən Moldova prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Demokratiya bütün müdaxilələr və hiylələr üzərində qələbə çaldı. Fransa Moldovanı Avropa yolunda dəstəkləməyə davam edəcək”, - Makron vurğulayıb.