EN

Rusiyada Stiv Cobsu Hitlerə bənzətdilər (FOTO)

Rusiyanın "Birinci Kanal”ın baş direktoru Konstantin Ernst "Rossiya” milli mərkəzində "Gələcəyin yaradılması” simpoziumunda çıxış edərək Stiv Cobsu "iPhone" ixtirasına görə tənqid edib və sahibkarı Adolf Hitlerlə müqayisə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” yazıb.

"Hesab edirəm ki, "iPhone" insanlıq üçün son dərəcə zərərli və dəhşətli bir şeydir. O, insan münasibətləri dünyasını məhv edib. İndi siz valideynlərinizi ziyarət etmirsiniz, ancaq zəng edirsiz. Bəzən bu, aylarla, hətta illərlə onları ziyarət etməməyə imkan verir. Siz həmçinin dostlarınızla ünsiyyəti zənglərə, sonra isə SMS-ə qədər azaldırsınız, çünki indi zəng etmək o qədər də etik deyil. Buna görə də, prinsipcə, məsələn, şəxsən mənim üçün, Stid Cobs şəxsən belə personajlar cərgəsindədir ki, Adolf Hitler ondan bir qədər əvvəl sırada dayanır..".

Daha əvvəl dərc olunmuş fotoşəkillərdən görünür ki, Konstantin Ernst və ailə üzvləri özləri "Apple" məhsullarından fəal istifadə edirlər.

Nizami Bağırov


Chosen
107
50
qaynarinfo.az

10Sources