EN

Gürcüstanda etiraz aksiyası keçirilir

Müxalifət partiyalarının liderləri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında oktyabrın 26-da keçirilən parlament seçkilərinə qarşı mitinq keçirirlər.

“İki sahil” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Parlamentin qarşısındakı meydanda müxalifət liderlərinin çıxış etməyi və gələcəklə bağlı planlarını açıqlamağı üçün səhnə qurulub.

Mitinqdən əvvəl müxalifət nümayəndələri Tbilisidə dəmiryol vağzalının binasından parlamentə doğru yürüş təşkil ediblər.

Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib.

Chosen
120
46
ikisahil.az

10Sources