İki ildən sonra "Qarabağ"ın oyununda qolsuz heç-heçə qeydə alınıb.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XII turunda "Turan Tovuz"la heç-heçə (0:0) edən Ağdam təmsilçisinin əvvəlki ardıcıl 67 matçında ən azı bir komanda qol sevinci yaşayıb.
"Köhlən atlar" 2022-ci il noyabrın 28-də "Zirə" ilə qolsuz bərabərliyə razı olub.
Bu, ölkə çempionatları tarixində ikinci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord “Şahdağ Qusar”a məxsusdur. Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. Üçüncü göstəriciyə malik “Şamaxı”nın hesabında 59 oyunluq seriya var.