EN

Ermənistan sülh sazişi üzrə son təkliflər paketini Azərbaycana göndərdi

Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə respublikanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.

“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfdən cavab gözləyirik”, - o qeyd edib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün “bir-iki məqam”ın razılaşdırılmalı olduğunu deyib.

O ümid edir ki, İrəvan və Bakı bu məsələlərdə razılığa gələcək.

Bizim.Media

Chosen
17
4
bizim.media

9Sources