EN

ABŞ-da ən çox demokratlar erkən seçkiyə maraq göstərib

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.

Musavat.com xəbər verir ki, Florida Dövlət Universitetinin dərc etdiyi məlumatlar bunu göstərir.

Universitet ekspertlərinin hesablamalarına görə, 82 milyon 713 min 594 ölkə sakini vaxtından əvvəl səs verib. Onların təxminən 45 milyonu seçki məntəqələrində şəxsən, 37,7 milyonu isə poçt vasitəsilə səs verib. Qeyd olunur ki, erkən səsvermədə iştirak edənlərin 37,8 faizi Demokrat Partiyasının, 35,8 faizi Respublika Partiyasının üzvləridir. Digər 26,4% isə partiya mənsubiyyətini göstərməyib.

Ən çox erkən səs verən ştatların siyahısına Texas (8,9 milyon) başçılıq edir. İlk üçlüyə həmçinin Florida (8,3 milyon) və Kaliforniya (8,1 milyon) daxildir. ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir.

Musavat.com

Chosen
5
3
musavat.com

5Sources