EN

Küçələr tozsoranlarla təmizlənəcək

Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən Vətəninfo.az-a verilən məlumata görə kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib. Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
Ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.

Chosen
50
18
veteninfo.az

10Sources