Bakının Biləcəri qəsəbəsində daha bir ev uçma təhlükəsi ilə qarşı-qarşıya qalıb. Tullantı suların daşındığı kollektorun qəzalı vəziyyətə düşməsi bu vəziyyəti yaradıb.
Maraqlıdır, kollektorun üzərində yaşayış evi necə tikilib?
Xezerxeber.az-ın məlumatına görə, fərdi yaşayış evi iri kanalizasiya kollektorunun üzərində tikilib.
İndi isə qəzalı vəziyyətə düşən kollektor tikilini uçma təhlükəsi ilə üz üzə qoyub. Ötən ayın 29-dan bəri burda vəziyyət dəyişmir.
Ev sahibi DÉ™yanÉ™t Həşimov deyir ki, evi 2006-cı ildÉ™ yarımtikili olaraq alıb. Burada kollektorun olduÄŸunu bilmÉ™yib. HadisÉ™ baÅŸ verÉ™n kimi É™raziyÉ™ aidiyyÉ™ti qurumlar cÉ™lb olunub. Â
Qəzalı vəziyyətdə olan hissəni təmir etmək üçün əvvəlcə tutulan boruları təmizləmək lazım gəlir ki, bu, o qədər də asan iş deyil. Çünki çirkab sularının içərisində hər şey var, heyvan içalatı belə.
Bildirilir ki, ərazidə görülən işlər yekunlaşdıqdan sonra problem tamamən ortadan qalxacaq.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â