EN

Fransada dəmir yolu işçiləri tətilə hazırlanır

Bakı. Trend:

Fransada bütün dəmir yolu işçilərinin həmkarlar ittifaqlarınoyabrın 21-də bir günlük tətil keçirmək qərarına gəlib.

Trend-in“Figaro”ya istinadən verdiyi xəbərə görə, bu tətil Milli DəmirYolları Şirkətinin (SNCF) yük bölməsinin kiçik strukturlarabölünməsi ilə bağlı müzakirələrə qarşı keçiriləcək.

Əgər tərəflər arasında razılıq əldə olunmazsa, dekabrda dahauzunmüddətli tətillərin baş tutacağı gözlənilir.

Həmkarlar ittifaqları bu tətilin “hökumətin qeyri-legitimaddımlarına cavab” olduğunu vurğulayıb. Qeyd edək ki, AvropaKomissiyası SNCF-in yük bölməsinin özəlləşdirmə məqsədilə dahakiçik strukturlara parçalanması üçün Fransa hökumətinə təzyiqgöstərir.

Chosen
25
az.trend.az

1Sources