EN

“Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısına yazılan protokola baxılacaq tarix açıqlandı

"Calsberg Azerbaijan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun sədrliyi ilə noyabrın 20-də baxılacaq.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Baş direktoru Alius Antulis olan "Carlsberg Azerbaijan" şirkəti "Xırdalan”, "Tuborg”, "Xırdalan Draft”, "Xırdalan Export”, "Kuler”, "Əfsanə”, "Baltika 7", "Baltika 0", "Baltika 9", "Jiqulyovskoye firmennoye", "Kvas Taras" pivələrini istehsal edir.

 

Xəyal Quliyev

Tarix: 6 Noyabr 2024, 08:17   
Chosen
72
4
pravda.az

10Sources