EN

ÜST: İngiltərədəki “meymun çiçəyi”nə yoluxma faktı Afrika və Avropadan kənarda görülən ilk haldır

Ümumdünya Səhiyyə Təşkilatı İngiltərədə təsbit edilən yeni Clade Ib meymun çiçəyi virusunun ilk dəfə Avropada görüldüyünü və Afrikadan kənarda meydana gələn ilk yoluxma faktı olduğunu açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Virusa yoluxmuş hər iki xəstənin bir neçə dəfə ziyarət etdikdən sonra testi müsbət çıxan bir şəxslə eyni evdə yaşadığı məlum olub. Bildirilib ki, bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropa Bölgəsində qeydə alınan ilk yerli Clade Ib meymun çiçəyi virusu və həmçinin 2024-cü ilin avqustundan bəri Afrikadan kənarda aşkar edilən ilk hallardır.

Ümumdünya Səhiyyə Təşkilatı da ölkələri xəstəliyin yayılmasına tez nəzarət etməyə hazır olmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
23
editor.az

1Sources