EN

Tramp özünü ABŞ-ın 47-ci Prezidenti elan etdi YENİLƏNİB, FOTO/VİDEO

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə Floridada brifinqdə danışıb.

O, bununla özünün seçkilərdə qalib gəldiyini elan edib.

“Bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir”, - deyə Tramp qeyd edib.

 

***11:30

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazanmaq üçün tələb olunan 270 səsdən 267-sini toplayıb.

Bu barədə ABŞ KİV-i məlumat yayıb.

“Fox News” telekanalı onun artıq 248 səs topladığını bildirir. Məlumata görə, o, əsas ştatlardan biri olan Corciyada demokratların namizədi Kamala Harrisi geridə qoyub. Trampın qalib gələcəyi təqdirdə bu ştat ona 16 seçici səsi qazandıracaq.

Tramp həmçinin Pensilvaniya ştatında da qalib gəlir ki, bu da namizədə 19 seçici səsi verir.

Trampın yaxın vaxtlarda Floridada tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Öz növbəsində, Harrisin seçki qərargahı onun növbəti gün çıxış edəcəyini açıqlayıb.

**09:42

 

ABŞ-da prezidentliyə namizəd Donald Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir.

Bu barədə aparıcı ABŞ mediasının, o cümlədən “Fox News” kanalı, “The New York Times”, “The Washington Post” və “Axios” portalının müvafiq təxminlərində bəhs edilir.

“Fox News”un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.

Şimali Karolinada Tramp 50,77%, Harris 48,12%, Pensilvaniyada Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, “tərəddüd edən” ştatlar seçkinin nəticəsinə təsir göstərir.

Chosen
13
50
korrespondent.az

10Sources