EN

"Bu avropalıların ikiüzlü siyasətinin nümunələrindən biridir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ursula fon der Layenin Azərbaycana COP29 üçün gəlib-gəlməməsi nə COP29-un əhəmiyyətini azaldacaq, nə də Azərbaycan üçün narahatlıq doğuracaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, məsələ ondadır ki, COP29 BMT-nin qlobal iqlim dəyişikliyi ilə bağlı irəli sürdüyü məqsədlərin realizə olunması ilə bağlı keçirilən tədbirdir: "Ursula fon der Layen əgər Avropa İttifaqı komissiyasının sədri kimi bura gəlmirsə, demək ki, bəşəriyyəti narahat edən qlobal bir problemə laqeydlik nümayiş etdirmiş olur. Bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycan sadəcə bu tədbiri keçirən bir məkandır. Bu, məsələnin birinci tərəfidir.

İkincisi isə xatırlayırıq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ursula fon der necə Azərbaycana gəldi və enerji təhlükəsizliyi məsələsi ilə bağlı Azərbaycanla əməkdaşlıq etməyinin nümunəsini ortaya qoydu.

Bu iki müqayisədə bir məsələ ortaya çıxır. Avropalıların dünyada baş verən hadisələrə selektiv yanaşması və öz çıxarlarından, eqoist yanaşması məsələsi ortaya çıxır. Avropalılara enerji lazım olanda Bakıya gəlmək olar, amma qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlər müzakirə olunanda Bakıya gəlmək olmaz. Mənə elə gəlir ki, bu da avropalıların ikiüzlü siyasətinin nümunələrindən biridir".

Müəllif: Söylü Ağazadə
Chosen
19
sia.az

1Sources