Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.