“Çox sevindirici bir hisdir. Mən 1993-cü ildə anadan olmuşam. O torpaqlarda anadan olsam da, orada böyüməmişəm. İndi isə öz övladımla qayıdıram. Müəlliməyəm. Orada işləməyə gedirəm”.
Bu sözləri APA-ya açıqlamasında doğma yurduna qayıdan Cəbrayıl sakini Pərvanə Zeynalova deyib:
“Çox sevinirəm ki, öz torpaqlarımıza qayıdırıq. Şəhərimizi çiçəkləndirməyə gedirik. Bunun üçün Prezidentimizə təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.