EN

İmişlidə poliklinika binasında yanğın

İmişli şəhərində yanğın hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, İmişli şəhərində ümumi sahəsi 1600 kvadratmetr olan ikimərtəbəli poliklinika binasının birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. 

Yanğın FHN-nin müvafiq qüvvələri tərəfindən söndürülüb. 

Qeyd edək ki, hazırda bina fəaliyyət göstərmir. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev

Chosen
37
1
unikal.az

2Sources