EN

İntensiv xurma bağlarının hər hektarına görə əkin subsidiyası veriləcək

Bu ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq intensiv xurma bağlarının hər hektarına görə fermerlərə 3 min manat əkin subsidiyası veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu dəstək mexanizmi Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında ən azı 2 hektar sahədə salınan, hər hektarda ən azı 650 sertifikatlı xurma tinglərinin əkildiyi bağlara şamil edilir.

2023-cü ilin yekunlarına görə, Azərbaycanda 13,2 min hektar xurma bağı mövcud olub. Xurma bağlarının 97,3 faizi ənənəvi, 2,7 faizi isə intensiv bağlardır. Ötən il Azərbaycanda xurma üzrə orta məhsuldarlıq 158 sentner təşkil edib.

Dövlət dəstəyi mexanizminin genişləndirilməsi fermerlərin intensiv xurma bağları salmağa marağını artıracaq.

Chosen
6
7
vergiler.az

9Sources