EN

London 56 fiziki və hüquqi şəxsi sanksiya siyahısına saldı


Böyük Britaniya hökuməti 56 fiziki və hüquqi şəxsi sanksiya siyahısına salıb.

Musavat.com hökumətin açıqlamasına istinadən xəbər verir ki, sanksiyalar müxtəlif səbəblərdən, o cümlədən “Liviyanın sülh, sabitlik və təhlükəsizliyinə təhdid” və “sabitliyi pozmaq və ya Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhdid yaratmaq” kimi səbəblərə görə tətbiq edilib.

Bundan əlavə, “Mərkəzi Afrika Respublikasının sülhünü, sabitliyini və təhlükəsizliyini pozmaq və təhdid etmək” və “kimyəvi silahlarla bağlı fəaliyyətlər”ə görə də cəzalandırılan fiziki və hüquqi şəxslər var. O cümlədən, “Afrika Korpusu” hərbiləşdirilmiş strukturu və “Espaniola” silahlı birləşmələri sanksiya siyahısına daxil edilib.

Məhdudiyyətlər Rusiya vətəndaşları və şirkətləri ilə yanaşı, Çindən olan hüquqi şəxslərə qarşı da tətbiq olunub.

Musavat.com

Chosen
22
musavat.com

1Sources