EN

Hakan Fidan son şərti açıqladı - Ermənistandan reaksiya

Ermənistan Türkiyə ilə diplomatik əlaqələrin qurulması və sərhədlərin tam açılmasına ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyə xarici işlər naziri Hakan Fidanın açıqlamasını şərh edərkən deyib.

“Ümid edirik ki, sonda Türkiyə ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsi - həm iki ölkə arasında münasibətlərin tam tənzimlənməsi, həm də diplomatik münasibətlərin qurulması və sərhədlərin ikitərəfli qaydada tam açılmasına nail olmaq mümkün olacaq”, - nazir müavini bildirib.

Türkiyə xarici işlər naziri Hakan Fidanın bundan öncə bildirmişdi ki, Ankara-İrəvan münasibətləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
16
17
teleqraf.com

10Sources